...

Azərbaycan Avrasiya layihələri ilə əməkdaşlıqda öz formatını hazırlaya bilər - politoloq

Siyasət Materials 17 Fevral 2012 15:06 (UTC +04:00)
Azərbaycan Avrasiya layihələri ilə əməkdaşlıqda özünün əlverişli formatını hazırlaya bilər. Trend-in məlumatına görə, bunu "Vestnik Kafkaza" AİA-nın baş redaktoru, MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasov deyib.
Azərbaycan Avrasiya layihələri ilə əməkdaşlıqda öz formatını hazırlaya bilər - politoloq

Azərbaycan, Bakı, 17 fevral / Trend, müxbir S.Ağayeva /

Azərbaycan Avrasiya layihələri ilə əməkdaşlıqda özünün əlverişli formatını hazırlaya bilər. Trend-in məlumatına görə, bunu "Vestnik Kafkaza" AİA-nın baş redaktoru, MDU-nun tarix fakültəsinin dekan müavini, politoloq Aleksey Vlasov deyib.

"Azərbaycan Avrasiya layihələri ilə uğurlu əməkdaşlıq üçün Qırğızıstan və Tacikistana nisbətən daha çox imkanlara malikdir: Azərbaycan davamlı sosial və siyasi sistemə malik, iqtisadi cəhətdən varlı ölkədir. Bu ölkə bir sıra rusiyalı tərəfdaşlar kimi Çin kontrafaktından asılı deyil, əməkdaşlıqda öz brendinə və öz formatına malikdir", - Vlasov cümə günü Bakıda jurnalistlərə deyib.

Vlasovun fikrincə, Avrasiya layihəsi ümumi rəqabət üstünlüklərini möhkəmləndirmək imkanıdır.

"Əgər Azərbaycan hətta Avrasiya layihəsinə daxil olmadan hansısa qarşılıqlı fəaliyyət formatı yaratmaq istəsə, hesab edirəm ki, bu yalnız həm Avrasiya regionu ölkələri, həm də Azərbaycanın özü üçün üstünlük olacaq", - Vlasov qeyd edib.

O bu gün Bakını Avrasiya Birliyinə daxil olmağa hazır hesab etmir, "lakin o Avrasiya layihələri ilə əməkdaşlığın əlverişli formatını hazırlaya bilər".

Xəbər lenti

Xəbər lenti