...

Əli Həsənov: Azərbaycanın G20 sammitində iştirakı dünyada artan nüfuzunun göstəricisidir

Siyasət Materials 20 Fevral 2012 16:15 (UTC +04:00)
G20 sammitində təmsil olunması Azərbaycanın getdikcə dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisidir.
Əli Həsənov: Azərbaycanın G20 sammitində iştirakı dünyada artan nüfuzunun göstəricisidir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın G20 sammitində təmsil olunması ölkəmizin dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisidir. Bunu bazar ertəsi Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, hazırda Azərbaycan dünyanın həm iqtisadi, həm siyasi, həm də beynəlxalq əlaqələrində yaxından iştirak edir.

"Prezident İlham Əliyevin bu günlərdə NATO baş katibi ilə görüşündə qeyd olunduğu kimi, Azərbaycan təkcə öz ölkəsinin təhlükəsizliyində deyil, dünyada bir sıra qaynar nöqtələrdə sülhyaratma proseslərində də yaxından iştirak edir", - Həsənov deyib.

PA şöbə müdiri qeyd edib ki, Azərbaycan, həmçinin Avropanın və dünyanın enerji təhlükəsizliyində, enerji təminatında yaxından iştirak edir.

"Bu dəqiqə Avropanın və dünyanın transmilli layihələrinin çoxu Azərbaycanın nefti, qazı və yaxud Azərbaycanın Xəzər regionunda reallaşdırdığı işlərlə bağlıdır", - o deyib.

Həsənov bildirib ki, Azərbaycan son zamanlar dünyada bütün humanitar aksiyalarda yaxından iştirak edir, o cümlədən bəzi ölkələrdə baş verən yoxsulluq, zəlzələlər, təbii fəlakətlərə qarşı mübarizə tədbirləri çərçivəsində və s. yaxından iştirak edir.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan getdikcə dünya siyasətində öz rolunu, iştirakını genişləndirir və bunun da göstəricisi olaraq, Azərbaycan artıq dünyanın əh mühüm tədbirlərinə dəvət olunur.

Xəbər lenti

Xəbər lenti