...

Azərbaycan deputatları Jirinovskinin bəyanatlarını seçkilərə yönəlmiş və qeyri-ciddi hesab edirlər

Siyasət Materials 23 Fevral 2012 17:21 (UTC +04:00)
Vladimir Jirinovskinin verdiyi bəyanatlar ilk növbədə seçkilərdə daha çox səs qazanmağa hesablanıb.
Azərbaycan deputatları Jirinovskinin bəyanatlarını seçkilərə yönəlmiş və qeyri-ciddi hesab edirlər

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/

Vladimir Jirinovskinin verdiyi bəyanatlar ilk növbədə seçkilərdə daha çox səs qazanmağa hesablanıb. Bu barədə Trend-ə Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı bildirib.

"Jirinovskinin bəyanatları birinci növbədə seçkilərdə daha çox səs qazanmağa hesablanıb, digər tərəfdən onun özünəməxsus siyasi prinsipinlərdən qaynaqlanır. O, hər zaman antitürk, antiazərbaycan mövqeyi ilə fərqlənən siyasətçilərdən biridir", - Ağamalı deyib.

Ölkə prezidentliyinə namizəd, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə Ermənistanın müdafiəsinə qalxaraq qeyd edib ki, əgər Ermənistan xahiş etsə, Rusiya "hamını Fars körfəzinə qədər dağıdacaq".

Azərbaycanın millət vəkili hesab edir ki, Jirinovskidən başqa bəyanat gözləmək düzgün deyil. "O, bütün səviyyələrdə Ermənistanı müdafiə edir. Ermənistan məhz Rusiyada Jirinovski kimi "siyasətçilər"in və onun kimi düşünənlərin himayəsinə sığınaraq Azərbaycana qarşı işğalçı siyasətini davam etdirir", - Ağamalı deyib.

Millət vəkili Aydın Mirzəzadə isə Trend-ə deyib ki, Vladimir Jirinovskinin dediklərinə əhəmiyyət verməyə dəyməz.

"Jirinovski dünyada nadir siyasətçilərdəndir ki, onun dedikləri qeyri-ciddi qəbul edilir. O, artıq həm Rusiyada, həm öz ölkəsindən kənarda bu cür tanınır", - Mirzəzadə deyib.

Xəbər lenti

Xəbər lenti