...

Türkiyənin daxili işlər naziri: Ürəyi bir olan türk millətinin lazım olarsa, yumruğu da bir olacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Fevral 2012 17:23 (UTC +04:00)
Ürəyi bir olan türk millətinin lazım olarsa, yumruğu da bir olacaq.
Türkiyənin daxili işlər naziri: Ürəyi bir olan türk millətinin lazım olarsa, yumruğu da bir olacaq (ƏLAVƏ OLUNUB)

Türkiyə, İstanbul 26 fevral / Trend müxbirlər R.Hafizoğlu, K.Zərbalıyeva/

Ürəyi bir olan türk millətinin lazım olarsa, yumruğu da bir olacaq. Bunu Xocalı soyqırımının 20 illiyi ilə bağlı Taksimdə keçirilən mitinqdə çıxışı zamanı Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib.

"Lazım gələn anda türk milləti ədalət davasına birgə gedəcək", - İdris Naim Şahin əlavə edib.

Şahin çıxışında deyib ki, Azərbaycan-Türkiyə bir millət iki dövlətin yer üzündəki ən canlı örnəyidir.

"Türk milləti əsrlərdir yer üzündə qürurla yaşayıb. Qürurla həyatını gerçəkləşdirib və geridə böyük dövlətlər buraxıb. Türk milləti həmişə zülmün, zalımın qarşısında, məzlumun isə yanında olub", - o əlavə edib.

Şahin qeyd edib ki, Azərbaycanın sevinci bizim sevincimiz, acısı bizim acımızdır.

"20 il öncə 26 fevral tarixində qaniçənlər, qatillər, mərhəmətsizlər Xocalıda 613 nəfəri qətlə yetirdi. Bu qan yerdə qalmayacaq", - nazir bildirib.

O deyib ki, türk milləti yaşadıqca bu cinayətin hesabı sorulacaq. Türkün ən böyük gücü barış, bərabərlikdir.

Trend-in İstanbula ezam olunan əməkdaşlarının məlumatına görə, İdris Naim Şahinin mitinqə qatılması iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti