...

Sarkozi "erməni soyqırımı" ilə bağlı yeni qanun layihəsi hazırlamağı tapşırıb

Siyasət Materials 28 Fevral 2012 21:02 (UTC +04:00)
Konstitusiya Şurası bu gün qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etdikdən sonra Fransa Prezidenti Nikola Sarkozi bu istiqamətdə dərhal yeni bir qanunun hazırlanmasını istəyib.
Sarkozi "erməni soyqırımı" ilə bağlı yeni qanun layihəsi hazırlamağı tapşırıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Salmanov/

Konstitusiya Şurası bu gün qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etdikdən sonra Fransa Prezidenti Nikola Sarkozi bu istiqamətdə dərhal yeni bir qanunun hazırlanmasını istəyib. Bu barədə çərşənbə axşamı Trend CNN Turk telekanalına istinadən məlumat verir.

Məlumata görə, Sarkozi hökumətə yeni qanun layihəsinin hazırlanmasını tapşırıb.

Qeyd edək ki, yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etmişdi. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs vermişdi.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tuturdu.

Xəbər lenti

Xəbər lenti