...

Azərbaycan və Gürcüstan arasında iki sənəd imzalanıb

Siyasət Materials 6 Mart 2012 18:20 (UTC +04:00)
Martın 6-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Gürcüstan arasında iki sənəd imzalanıb

Azərbaycan, Bakı, 6 mart /Trend/

Martın 6-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Ümumi hüququn hüquqi şəxsi - Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Gürcüstanın Milli Statistika İdarəsinin icraçı direktoru Zaza Çelidze imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclər ilə iş üzrə naziri Vladimir Vardzelaşvili imzalayıblar.

Xəbər lenti

Xəbər lenti