...

Mixail Saakaşvili: Azərbaycanın Gürcüstana sərmayə yatırması rəsmi Tbilisi üçün çox əhəmiyyətlidir (FOTO)

Siyasət Materials 6 Mart 2012 20:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə axşamı mətbuata bəyanatlarla çıxış ediblər.
Mixail Saakaşvili: Azərbaycanın Gürcüstana sərmayə yatırması rəsmi Tbilisi üçün çox əhəmiyyətlidir (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə axşamı mətbuata bəyanatlarla çıxış ediblər.

Gürcüstan Prezidenti Mixail Saakaşvili isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir və bölgədə lider dövlətə çevrilib.

Ölkəmizin beynəlxalq təşkilatlarda da uğurla təmsil olunduğunu deyən Prezident Mixail Saakaşvili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan bir çox ölkələrə nümunədir.

Gürcüstan Prezidenti Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini mühüm hadisə adlandırıb.

Bütün məsələlərdə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi qeyd edən Prezident Mixail Saakaşvili ölkəsinin Azərbaycan ilə əlaqələrə çox böyük önəm verdiyini diqqətə çatdırıb.

"Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən həmişə məmnunam", - deyən Gürcüstan Prezidenti görüşdə bir çox məsələlər üzrə məsləhətləşmələrin aparıldığını vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən və perspektivindən danışan Prezident Mixail Saakaşvili ölkələrimizin enerji sahəsində uğurlu və çoxşaxəli əməkdaşlıq qurduğunu, Azərbaycanın Gürcüstana sərmayə yatırmasının rəsmi Tbilisi üçün çox əhəmiyyətli olduğunu bildirib.

Poti və Kulevi arasında yeni zavodun tikilməsi ilə bağlı razılığın əldə olunduğunu deyən Prezident Mixail Saakaşvili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstana sərmayə yatırmasından məmnunluğunu ifadə edib, gələcəkdə həyata keçiriləcək birgə nəqliyyat layihələrindən danışıb.

Gürcüstan Prezidenti yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin başçısına bir daha minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti