...

Əhməd Davudoğlu: Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüş formatı genişlənə bilər

Siyasət Materials 7 Mart 2012 16:19 (UTC +04:00)
Əhməd Davudoğlu Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüş formatının gələcəkdə genişlənmə perspektivini istisna etmir.
Əhməd Davudoğlu: Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüş formatı genişlənə bilər

Azərbaycan, Naxçıvan, 7 mart /Trend, müxbir E.Hüseynov/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüş formatının gələcəkdə genişlənmə perspektivini istisna etmir.

"Gələcəkdə belə görüşlərə regionun digər ölkələri - Ermənistan, Gürcüstan və Rusiya də qoşula bilər", - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Naxçıvanda Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında Davudoğlu bildirib.

Onun sözlərinə görə, xarici işlər nazirlərinin ötən ilin aprelində İranın Urmiya şəhərində keçirilən ilk görüşündə yaxşı başlanğıcın əsası qoyulub.

"Hazırda biz müzakirələri davam etdirdik, analoji görüşləri ticarət, enerji, turizm və nəqliyyat sahələri üzrə keçirmək haqqında razılığa gəldik. Biz ümid edirik ki, Cənubi Qafqaz sülh regionuna çevriləcək", - Davudoğlu vurğulayıb.

Nazirin fikrincə, gömrük və sərhədyanı məsələləri müzakirə və həll etmək lazımdır ki, bu sahədə irəliləyiş olsun. "Bununla da biz Qafqaz regionunda çiçəklənməyə nail ola bilərik", - o əlavə edib.

Davudoğlu ümid etdiyini bildirib ki, regional münaqişələr həll olunacaq. Xüsusilə, Dağlıq Qarbağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunacaq.

Çərşənbə günü Naxçıvanda üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub.

Xəbər lenti

Xəbər lenti