...

Hakim partiya Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşünü yüksək qiymətləndirib

Siyasət Materials 7 Mart 2012 19:09 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bu gün Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin üçtərəfli görüşünü yüksək qiymətləndirib.
Hakim partiya Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşünü yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası bu gün Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin üçtərəfli görüşünü yüksək qiymətləndirib.

"Bu cür görüşlər müxtəlif səviyyələrdə keçirilir. Hesab edirəm ki, belə görüşlər bu və ya digər dövlətlər arasında münaqişəli vəziyyətlərin, anlaşılmaz sualların həllini tapması üçün, dövlətlər arasında münasibətləri tənzimləməkdən ötrü böyük əhəmiyyət kəsb edir", - Trend-in məlumatına görə, çərşənbə günü junalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

Əhmədov hesab edir ki, həmin məsələlər mətbuat vasitəsilə, deyişmə və atışmalarla deyil, bilavasitə məsul şəxslərin apardığı müzakirələr, dialoq, danışıqlar və fikir mübadiləsi nəticəsində öz həllini tapır.

"Azərbaycan tərəfi bu cür danışıqlara həmişə hazır olub, bir sıra hallarda belə danışıqların təşəbbüskarı kimi çıxış edib", - o deyib.

Xəbər lenti

Xəbər lenti