...

Azərbaycan və İran arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub (FOTO)

Siyasət Materials 12 Mart 2012 18:08 (UTC +04:00)
Tehranda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti bu gün İranın müdafiə naziri Əhməd Vəhidi ilə görüşüb.
Azərbaycan və İran arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir T.Cəfərov/

Tehranda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti bu gün İranın müdafiə naziri Əhməd Vəhidi ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir.

Məlumata əsasən, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

İranın müdafiə naziri Əhməd Vəhidi İran və Azərbaycan arasında əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb və bildirib ki, iki ölkə rəhbərlərinin iradəsi ilə düşmənlər iki ölkə arasındakı münasibətləri korlaya bilməyəcəklər.

"İran Azərbaycan Ordusunun təchizi və gücləndirilməsinə hazırdır. Azərbaycanın təhlükəsizliyini İranın təhlükəsizliyi bilirik. Biz güclü İranı güclü Azərbaycan və güclü Azərbaycanı güclü İran bilirik", - Vəhidi deyib.

Görüşdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İrana səfərindən məmnun olduğunu vurğulayıb və deyib ki, bəzi qüvvələr iki ölkə arasındakı münasibətləri korlamağa çalışır, lakin iki ölkə düşmənlərin sui-istifadəsinə yol verməməlidir.

Əbiyev Azərbaycanın mehriban qonşuluq siyasətinə sadiq olduğunu deyib və bildirib ki, Azərbaycan regionda sülh, sabitlik və təhlükəsizliyik istəyir.

O qeyd edib ki, Azərbaycan iki ölkə arasında hərbi əməkdaşlığın artırılmasını regionda sülh və təhlükəsizliyin təmini kimi görür.

Azərbaycan müdafiə naziri Səfər Əbiyevin İrana səfəri bu gün səhər başlayıb. İkigünlük səfər zamanı Əbiyev İranın digər rəsmiləri ilə də görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti