...

Seymur Orucov: Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir

Siyasət Materials 13 Mart 2012 13:32 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Bunu çərşənbə axşamı Trend-ə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Seymur Orucov: Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Bunu çərşənbə axşamı Trend-ə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclər sahəsində apardığı uğurlu siyasət, gənclərə göstərdiyi diqqət və qayğı dünya Azərbaycanlı gənclərinin mütəşəkkilliyinin artırılmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun güclənməsinə imkan verir və gənclər üçün parlaq bir gələcəyi təmin edir.

"Bu uğurlu siyasətin nəticəsi idi ki, dünya azərbaycanlı gənclərı bir araya gələrək dünya ictimaiyyətini Azərbaycan barəsində daha geniş formada məlumatlandırmaq üçün özlərinin vahid mərkəzlərini yaratmağa qərar verdi", - Orucov deyib.

O, vurğulayıb ki, gənclərin vahid qurum formasında fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi, dünya azərbaycanlı gənclərinin fəaliyyətini koordinasiya etməsi gələcəkdə Azərbaycan diasporunun daha da güclənməsinə imkan verəcək.

Orucov bildirib ki, respublikamızda gənclərlə bağlı xüsusi dövlət proqramları qəbul olunub və uğurla həyata keçirilir.

Qeyd edək ki, martın 12-də Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib. Qurultayda Briliyin sədri seçilib, qətnaməsi, nizamnaməsi və digər sənədlər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti