Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Prezident İlham Əliyev tərəfindən cümə axşamı imzalanan əfv sərəncamının icrası başa çatıb.
Trend-in Ədliyyə Nazirliyi Penitensiar Xidmətə istinadən verdiyi məlumata görə, əfv sərəncamının icrasında KİV nümayəndələri, QHT-lər, Ombudsman iştirak edib.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər, cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.
Əfv olunanlardan üçü əcnəbi vətəndaşıdır.