...

MDB hökumət başçıları mayda Aşqabadda toplaşacaqlar

Siyasət Materials 22 Mart 2012 12:39 (UTC +04:00)
MDB Hökumət Başçıları Şurasının iclası mayın 30-da Aşqabadda keçiriləcək.
MDB hökumət başçıları mayda Aşqabadda toplaşacaqlar

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir S.Ağayeva/

MDB Hökumət Başçıları Şurasının iclası mayın 30-da Aşqabadda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı təşkilatın İcraiyyə Komitəsinin yaydığı məlumatda deyilir.

MDB Hökumət Başçıları Şurasına baxılmaq üçün on sənəd layihəsi təqdim ediləcək. Həmin sənədlərin əsas hissəsi humanitar əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsinə və dərinləşdirilməsinə yönəlib.

Bu sənədlər arasında 2020-ci ilədək MDB ölkələrində bədən tərbiyəsi və idmanın inkişaf strategiyası; 2007-ci il mayın 25-dən MDB ölkələrinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq sazişinə əlavə və dəyişikliklərin edilməsi; MDB Hökumət Başçıları Şurasının turizm sahəsində əməkdaşlıq sazişinin iştirakçısı olan dövlətlərin Turizm Şurası haqqında 1994-cü il 9 sentyabr tarixli qərarı; MDB ölkələrinin Turizm Şurası haqqında saziş; 2012-2013-cü illərdə MDB ölkələrinin 2020-ci ilədək beynəlxalq gənclər əməkdaşlığı strategiyasının həyata keçirilməsi də var.

İclasın gündəliyi aprelin 6-da Astanada keçiriləcək MDB XİNŞ islasında müzakirə olunacaq və təsdiqlənəcək.

Bu il təşkilata Türkmənistan sədrlik edir.

Xəbər lenti

Xəbər lenti