...

Azərbaycan və Monteneqro bir sıra sahələrdə əməkdaşlığı gücləndirəcək

Siyasət Materials 22 Mart 2012 14:06 (UTC +04:00)
Azərbaycan və Monteneqro arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir, lakin onu iqtisadiyyat, mədəniyyət və turizm kimi sahələrdə daha da gücləndirmək lazımdır.
Azərbaycan və Monteneqro bir sıra sahələrdə əməkdaşlığı gücləndirəcək

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Monteneqro arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir, lakin onu iqtisadiyyat, mədəniyyət və turizm kimi sahələrdə daha da gücləndirmək lazımdır.

Trend-in məlumatına görə, bu barədə Monteneqronun Baş naziri İqor Likşiçlə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun paytaxt Podqoritsada keçirilən görüşündə bildirilib.

Həmsöhbətlər Monteneqronun Azərbaycanda səfirinin təyin edilməsi və Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyinin açılmasının iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə və hərtərəfli əməkdaşlığın inkişafına yardım edəcəyi ilə bağlı fikir mübadiləsi aparıblar. Məlumatı Balcans.com saytı yazır.

Xəbər lenti

Xəbər lenti