...

İlham Əliyev Bolqarıstanın səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 28 Mart 2012 15:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
İlham Əliyev Bolqarıstanın səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı Vasil Kalinovun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında siyasi, təhlükəsizlik, energetika və regional əməkdaşlıq sahələrində əlaqələrin inkişaf edərək yaxın tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirdi. Bolqarıstanlı diplomatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Vasil Kalinov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Vasil Kalinov Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Xəbər lenti

Xəbər lenti