Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyi İranla sərhəd ərazidə aeroportun İsrail dövlətinə icarəyə verilməsi barədə məlumatı təkzib edir.
"Bu məlumatın heç bir əsası yoxdur və tamamilə cəfəngiyyatdır", - bunu cümə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib.
Qeyd edək ki, bu gün İsrailin bəzi KİV-ləri "Foreign Policy" jurnalında dərc olunan yazıya istinadən bildiriblər ki, Azərbaycan İranla sərhəd ərazidə yerləşən aeroportu İsrailə icarəyə verib.
Azərbaycan Müdafiə Nazirliyi aeroportun İsrail dövlətinə icarəyə verilməsi barədə məlumatı təkzib edir
Azərbaycan Müdafiə Nazirliyi İranla sərhəd ərazidə aeroportun İsrail dövlətinə icarəyə verilməsi barədə məlumatı təkzib edir.
