...

Azərbaycan Prezidenti Litva və Finlandiyanın xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib

Siyasət Materials 2 Aprel 2012 13:58 (UTC +04:00)
Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu
Azərbaycan Prezidenti Litva və Finlandiyanın xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu.

Görüşdə Azərbaycan-Avropa İttifaqı çərçivəsində Litva ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bu gün Prezident İlham Əliyev, həmçinin Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti