...

Ermənistanda müxalifətin seçkiyə hazırlaşmasına maneə yaradılır

Siyasət Materials 3 Aprel 2012 12:48 (UTC +04:00)
Ermənistanın Sünik vilayəti administrasiyasının rəhbəri vilayətdə müxalifətçi "İrs" partiyasının seçki qərargahı yaratmasına imkan vermir.
Ermənistanda müxalifətin seçkiyə hazırlaşmasına maneə yaradılır

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Ermənistanın Sünik vilayəti administrasiyasının rəhbəri vilayətdə müxalifətçi "İrs" partiyasının seçki qərargahı yaratmasına imkan vermir.

Trend "Armenia Today"ə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.

"Məlum olub ki, Sünik rəhbərliyi "İrs" partiyasının yerli bölməsinin fəallarına seçki qərargahı yaratmağa mane olur", - partiyadan deyilib.

Xüsusilə Gorus sakinləri seçki qərargahının yaradılması üçün partiyaya obyekt versələr də, hökumətin təzyiqi ilə açarı geri alıblar və binanın üzərindən "İrs" partiyasının loqosunu çıxarıblar.

"Şübhəsiz ki, binanı partiyaya vermiş sakinlərin qərarlarını dəyişməsinə hökumətin müdaxiləsindən başqa səbəb yoxdur", - partiyadan verilən açıqlamada bildirilir.

"İrs" partiyasından olan deputat Zauri Postancyan baş verənlərlə bağlı vilayət administrasiyasının rəhbəri Suren Xaçatryanla əlaqə saxlayıb. Lakin Xaçatryan məsələyə aydınlıq gətirmək əvəzinə, deputatı təhqir edib.

"İrs" partiyası Mərkəzi Seçki Komissiyası və hüquq-mühafizə orqanlarını fakta münasibət bildirməyə çağırıb və seçkinin bütün iştirakçılarına bərabər şəraitin yaradılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti