...

Azərbaycanda kosmik sənayenin inkişafına yönəlmiş dövlət proqramı hazırlanıb

Siyasət Materials 12 Aprel 2012 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən kosmik sənayenin inkişafına yönəlmiş dövlət proqramının layihəsi təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Trend-in məlumatına görə, bu barədə MSN-in Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Alçın Şirinzadə bildirib.

"2011-2015-ci illəri əhatə edən proqrama kosmik sənaye müəssisələrinin yaradılması, bir sıra cihazların ölkədə istehsal edilməsi, kadrların hazırlanması, aşağı orbitə peykin buraxılması və s. daxildir", - Şirinzadə deyib.

Onun sözlərinə görə, artıq proqramın layihəsi hökumət tərəfindən bəyənilib və təsdiqi gözlənilir.

Xəbər lenti

Xəbər lenti