...

Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına əhəmiyyətli töhfə verə bilər – Rumıniya səfiri

Siyasət Materials 13 Aprel 2012 11:19 (UTC +04:00)
NATO-nun tərəfdaşı olan ölkə kimi Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasında və alyansın Çikaqoda keçiriləcək gələcək sammitinin müəyyən edəcəyi tapşırıqların həyata keçirilməsində daha mühüm rol oynaya bilər.
Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına əhəmiyyətli töhfə verə bilər – Rumıniya səfiri

Azərbaycan, Bakı, 13 aprel / Trend, müxbir S.Ağayeva /

NATO-nun tərəfdaşı olan ölkə kimi Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasında və alyansın Çikaqoda keçiriləcək gələcək sammitinin müəyyən edəcəyi tapşırıqların həyata keçirilməsində daha mühüm rol oynaya bilər. Trend-in məlumatına görə, Rumıniyanın Azərbaycandakı səfiri, Azərbaycanla NATO arasında əməkdaşlığı əlaqələndirən Daniel Kristian Çobanu belə hesab edir.

Səfirin NATO-nun Çikaqo sammitinə həsr edilmiş konfransda dediyi kimi, indiyə qədər Azərbaycan Asiya ölkələrində, o cümlədən Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasında fəal iştirak edib. O, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Cümə günü Bakıda Azərbaycan XİN və parlamentinin, xarici ölkələrin səfirlərinin iştirakı ilə "Çikaqo sammiti - Avroatlantik tərəfdaşlığın yeni imkanları" adlı konfrans keçirilir.

Xəbər lenti

Xəbər lenti