Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/
İstənilən dövlətdə QHT-lər demokratiyanın yaradılması və inkişafında, insan haqlarının qorunmasında dövlət qurumlarının məsuliyyətinin və şəffaflığının artırılmasına töhfə verirlər.
Trend-in məlumatına görə, bunu cümə axşamı Beynəlxalq QHT-lər Konfransının QHT qanunvericiliyi üzrə Ekspert Şurasının və Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycanın "QHT-lər haqqında" qanunvericiliyinə 2009-cu ildə edilən dəyişiklik layihəsi ilə bağlı rəyinin təqdimatı zamanı Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Konstantin Yerokostopulos deyib.
Yerokostopulosun sözlərinə görə, QHT-lərin fəaliyyət istiqamətləri müxtəlif formada olur.
"Avropa Şurası Azərbaycan hakimiyyəti ilə qanunvericilik və digər sahələrdə əməkdaşlıq etməyə hazırdır", - səfir deyib.