...

İran öz sərhədlərinə pilotsuz təyyarələrlə nəzarət edəcək

Siyasət Materials 21 Aprel 2012 13:30 (UTC +04:00)
İran öz sərhədlərinə havadan nəzarət etmək üçün pilotsuz təyyarələrdən istifadə edəcək.
İran öz sərhədlərinə pilotsuz təyyarələrlə nəzarət edəcək

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Cəfərov/

İran öz sərhədlərinə havadan nəzarət etmək üçün pilotsuz təyyarələrdən istifadə edəcək. Bunu ölkənin Sərhəd Qoşunları komandanının müavini Əhməd Gəravənd deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının saytı iribnews xəbər verir.

Gəravənd bu addımın ölkənin Daxili İşlər Nazirliyinin göstərişi ilə sərhədlərdən qanunsuz gediş-gəlişin və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün atılacağını deyib.

O əlavə edib ki, hazırda yüngül və orta çəkili pilotsuz təyyarələrin sınağı həyata keçirilir və tezliklə sərhədlərin qorunmasında onlardan istifadə olunacaq.

Gəravənd sərhədlərə nəzarət üçün pilotsuz təyyarələrlə yanaşı, gecəgörmə kameraları və yeni nəsil radarlardan da istifadə olunacağını deyib.

Xəbər lenti

Xəbər lenti