...

Dnestryanı münaqişənin həll olunmaması üçün heç bir əsas görmürəm - AŞPA sədri

Siyasət Materials 23 Aprel 2012 14:57 (UTC +04:00)
Dnestryanı münaqişənin həll olunmaması üçün heç bir əsas görmürəm. Trend-in məlumatına görə, bunu AŞPA-nın yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun sədri Jan-Klod Minyon (Jean-Claude Mingnon) deyib.
Dnestryanı münaqişənin həll olunmaması üçün heç bir əsas görmürəm - AŞPA sədri

Fransa, Strasburq, 23 aprel /Trend, müxbir A.Məhərrənmli/

Dnestryanı münaqişənin həll olunmaması üçün heç bir əsas görmürəm. Trend-in məlumatına görə, bunu AŞPA-nın yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun sədri Jan-Klod Minyon (Jean-Claude Mingnon) deyib.

AŞPA sədri qeyd edib ki, Avropa Şurası Dnestryanı münaqişənin həll olunmasına töhfə vermək istəyir.

"Avropa Şurası Dnestryanı münaqişənin həll olunmasına töhfə vermək istəyir. Bu münaqişənin mövcud olmasına heç bir əsas yoxdur. Biz bu məsələnin həlli yollarının tapılmasına yardım etmək istəyirik. Dondurulmuş münaqişənin həlli mənim üçün prioritet məsələdir. Münaqişə nəticəsində çoxlu sayda insanlar regionu tərk edib. Moldovaya səfərim zamanı bu məsələ ilə bağlı əhəmiyyətli görüşlərim oldu. Hiss edirəm ki, bu münaqişənin həll edilməsinə dair əsl iradə və istək var. Düşünürəm ki, tərəflərin istəyi ilə bu məsələni həll etmək olar. Bununla bağlı Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşməyi planlaşdırıram. Mən münaqişənin həllinin tapılmaması üçün əsas görmürəm. Gələn aylarda həll olunmalı münaqişə varsa, bu, Dnestrayanı münaqişədir. Mən bu məsələdə nikbinəm", - Minyon deyib.

Xəbər lenti

Xəbər lenti