...

Hulusi Kılıç: Qondarma "erməni soyqırımı" yalandır, iftiradır, heç bir hüququ əsası yoxdur

Siyasət Materials 24 Aprel 2012 13:54 (UTC +04:00)
Qondarma "erməni soyqırımı" yalandır, iftiradır, heç bir hüququ əsası yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "erməni soyqırımı"na dair keçirilən "dəyirmi masa"da Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.
Hulusi Kılıç: Qondarma "erməni soyqırımı" yalandır, iftiradır, heç bir hüququ əsası yoxdur

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Qondarma "erməni soyqırımı" yalandır, iftiradır, heç bir hüququ əsası yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "erməni soyqırımı"na dair keçirilən "dəyirmi masa"da Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

Kılıç bilidirb ki, 2005-ci ildə Türkiyənin Baş nazirinin Ermənistana səfəri zamanı arxivlərin açılması, tarixi faktların nə dediyini qəbul etmək təklif olunmuşdu. Lakin 7 il keçməsinə baxmayaraq ermənilər bunu qəbul etmədilər.

"Tarixçilər tarix, siyasətçilər siyasətlə məşğul olmalıdırlar. Biz sülh və firavanlıq istəyirik. Bütün olanlar dünyanın gözü önündədir, ermənilərin işğalı hələ ki bitməyib, lakin kimsə səsini çıxartmır. Dolayısı ilə ikili standartların ortalığa çıxmasını görürük", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti