...

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təşkilatın baş katibi ilə görüşüb

Siyasət Materials 25 Aprel 2012 04:30 (UTC +04:00)
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev ilə təşkilatının baş katibi Pan Gi Mun arasında ikitərəfli görüş keçirilib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təşkilatın baş katibi ilə görüşüb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev ilə təşkilatının baş katibi Pan Gi Mun arasında ikitərəfli görüş keçirilib. Bu barədə Trend-ə çərşənbə günü Daimi Nümayəndəlikdən bildirilib.

Görüş zamanı cari ilin may ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyinin başlanması, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması və terrorçuluq ilə mübarizənin gücləndirilməsi kimi ölkəmizin diqqət yetirdiyi məsələlər və nəzərdə tutduğu tədbirlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, bölgəmizdə mövcud olan vəziyyət daxil olmaqla, bir sıra maraq kəsb edən məsələlərə toxunulub və təşkilatla əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti