...

YAP-ın qurultayla bağlı keçirilən konfransları yekunlaşır

Siyasət Materials 26 Aprel 2012 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel / Trend müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatlarında qurultayla bağlı keçirilən konfranslar yekunlaşır. Bu barədə cümə axşamı Trend-ə partiyanın icra katibinin müavini Siyavuş Novruzov bildirib.

"Rayon təşkilatlarının konfransları yekunlaşmaq üzrədir. 2 təşkilatda konfranslar qalıb və onlar da bu ay ərzində yekunlaşacaq", - Novruzov deyib.

Onun sözlərinə görə, partiyanın nizamnaməsində qurultayın ya sədr, ya da Siyasi Şuranın təşəbbüsü ilə çağırılması qeyd olunur.

Xəbər lenti

Xəbər lenti