Türkiyə, Kilis, 30 aprel /Trend, xüsusi müxbir R.Hafizoğlu/
Suriya müxalifətinin daxilində olan bütün fikir ayrılıqları Türkiyə və Qətərin köməyi ilə aradan qaldırılıb. Bu barədə bazar ertəsi Trend-ə Suriya Milli Şurasının nümayəndəsi Xalid Kamal bildirib.
"Bundan əvvəl Suriyanın kürd müxalifəti və Suriya müxalifəti arasında bəzi anlaşılmazlıqlar mövcud idi. Lakin indi onlar aradan qaldırılıb və hər iki tərəf birgə fəaliyyət planı hazırlayıb", - Kamal deyib.
Onun sözlərinə görə, bununla belə, Suriya Milli Şurası özünü milli keçid şurası hesab etmir və özünü ölkədə legitim hakimiyyət orqanı elan etmir.
O bildirib ki, Suriya Milli Şurası özünü müxalifətin bütün tərəfləri ilə yekun razılaşmaya nail olduqdan sonra legitim hakimiyyət orqanı elan edəcək.