...

KXCP Ali Məclisi sədrinin müavini seçilib

Siyasət Materials 30 Aprel 2012 17:57 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin bazar ertəsi növbəti sessiyası keçirilib.
KXCP Ali Məclisi sədrinin müavini seçilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin bazar ertəsi növbəti sessiyası keçirilib. Bu barədə Trend-ə partiyadan məlumat veriblər.

Sessiyada qərarların icra vəziyyəti, təşkilati məsələlər, ictimai-siyası vəziyyətlə bağlı məsələlər müzakirə olunub. Təşkilati məsələlər bölümündə partiya sədrinin təqdimatı ilə qərarların icra vəziyyəti ilə bağlı məsələnin müzakirəsi zamanı ötən müddətdə görülən işlər barədə məlumat verllb.

Sessiyanın təşkilati məsələlər bölümündə İlham Hüseynli KXCP Ali Məclisi sədrinin müavini seçilib.

Xəbər lenti

Xəbər lenti