...

Azərbaycan və Xorvatiyanın parlamentləri əməkdaşlığı genişləndirir

Siyasət Materials 4 May 2012 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan və Xorvatiyanın parlamentləri əməkdaşlığı genişləndirir. Bu barədə razılıq Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev və Xorvatiya Parlamentinin sədri Boris Şprem arasındakı görüşdə əldə olunub. Trend-in məlumatına görə, bu barədə səfirlikdən bildirilib.

Görüşdə tərəflər Xorvatiya ilə Azərbaycan arasında mövcud olan səmərəli siyasi və iqtisadi əməkdaşlığın inkişaf perpektivlərini müzakirə ediblər.

Bununla yanaşı, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT, AŞ və NATO parlament assambleyalarında fəal əməkdaşlıqda maraqlı olduqları vurğulanıb.

Xəbər lenti

Xəbər lenti