...

İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Siyasət Materials 7 May 2012 16:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

"Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Macarıstan əlaqələri ardıcıl və davamlı inkişaf yolundadır. Ümidvaram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və möhkəmlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Yanoş Aderə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti