...

Elmar Məmmədyarov Hindistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 8 May 2012 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizdəki səfiri Debnat Şounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Şou ölkəmizdə işlədiyi dövrdə Hindistan ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.

Məmmədyarov Azərbaycanla Hindistan arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib və gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti