...

Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı ölkənin BMT TŞ-yə seçilməsində rol oynayıb - millət vəkili

Siyasət Materials 9 May 2012 17:43 (UTC +04:00)
Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması ölkənin BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsində müsbət rol oynayıb.
Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı ölkənin BMT TŞ-yə seçilməsində rol oynayıb - millət vəkili

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması ölkənin BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsində müsbət rol oynayıb. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

"Azərbaycan bütün "lehinə" və "əleyhinə" olanları ölçüb-biçərək və müəyyən dərəcədə nə Rusiyanın himayəsi altındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də NATO-ya daxil olmağa çalışmadığını göstərməyə can ataraq Qoşulmama Hərəkatına üzv oldu", - Musabəyov deyib.

Politoloqun sözlərinə görə, çətin ki, bu hərəkat ciddi siyasi dəstək göstərsin, lakin Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması faktının özü BMT TŞ-də ölkəyə səsverməyə təsir etdi.

"Bundan əlavə, hazırda Latın Amerikası ölkələrində, Pakistanda Ermənistanın işğalı, Xocalı soyqırımının tanınması prosesi gedir və davam edəcək. Azərbaycan bu məsələdə müəyyən dəstəyi Qoşulmama Hərəkatı çərçivəsində də səfərbər edə bilər", - Musabəyov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hərəkatda iştirakdan nəinki heç nə itirmir, əksinə, əlavə siyasi dəstək əldə edir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 9-10-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində işgüzar səfərdədir.

Xəbər lenti

Xəbər lenti