Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Tağıyeva/
Suriya məsələsində rəsmi Ankaranın rolunu həmişə tənqid edən Türkiyə müxalifəti Suriya böhranında öz mövqeyini müəyyənləşdirməlidir. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
"Müxalifət, xüsusən Cümhuriyyət Xalq Partiyası (CHP) Ankaranın Suriya böhranına müdaxilə etməsini tənqid edir. Bununla belə, CHP-nin özü bu məsələdə mövqeyini heç cür nümayiş etdirməyib", - Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə qonşu ölkələrdəki zorakılıq və ədalətsizlik qarşısında susa bilməz. "Qonşularla sıfır problem" siyasəti regionda baş verən hadisələrə laqeyd qalmaq anlamına gəlmir", - Baş nazir qeyd edib.
Ərdoğan bir daha region və müsəlman dövlətlərini Suriya böhranının nizamlanması üçün konkret addımlar atmağa çağırıb.