...

İlham Əliyev Norveç Kralını təbrik edib

Siyasət Materials 16 May 2012 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Norveç Kralını təbrik edib

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu ünvanlayıb.

"Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Norveç münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev V Haralda ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Norveç xalqına sülh və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti