...

Azərbaycanın millət vəkili Yerevanda məruzə ilə çıxış edəcək

Siyasət Materials 17 May 2012 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının mayın 21-dən 24-dək Yerevanda keçiriləcək 39-cu plenar iclasında iştirak edəcəklər.

Bu barədə Trend-ə cümə axşamı QDİƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinə QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyev başçılıq edəcək, həmçinin nümayəndə heyətinə millət vəkili Jalə Əliyeva daxildir.

Quliyev bildirib ki, o, qurumun İqtisadi məsələlər komitəsinin məruzəçisi qismində "QDİƏT-ə üzv ölkələrdə üzümçülük və şərabçılıq" mövzusunda çıxış edəcək.

Azərbaycan nümayəndə heyəti mayın 20-də Ermənistana səfərə yola düşəcəklər.

İclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti