...

“Pakistan Observer” qəzetinin iki səhifəsi Azərbaycanın Respublika Gününə həsr edilib

Siyasət Materials 23 May 2012 13:24 (UTC +04:00)
Pakistanın siyasi elitası və ziyalıları arasında xüsusi çəkiyə malik olan ingilisdilli "Pakistan Observer" qəzetinin 23 may tarixli buraxılışının iki səhifəsi Azərbaycanın Respublika Gününə həsr edilib.
“Pakistan Observer” qəzetinin iki səhifəsi Azərbaycanın Respublika Gününə həsr edilib

Azərbaycan, Bakı, 23 may / Trend müxbir K.Zərbalıyeva/

Pakistanın siyasi elitası və ziyalıları arasında xüsusi çəkiyə malik olan ingilisdilli "Pakistan Observer" qəzetinin 23 may tarixli buraxılışının iki səhifəsi Azərbaycanın Respublika Gününə həsr edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, qəzetin Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş "İlham Əliyevin rəhbərliyi ilə yüksək templərlə inkişaf edən Azərbaycan" adlı məqaləsində ölkə rəhbərinin siyasi karyerası nəzərdən keçirilib, Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışarkən Qərbin nüfuzlu neft şirkətləri ilə danışıqlarda əsas rol oynadığı vurğulanıb.

Yazıda İlham Əliyevin 2003-cü və 2008-ci illərdə böyük səs çoxluğu ilə Azərbaycanın Prezidenti seçildiyi vurğulanıb, ölkəmizin 9 il ərzində həyatın bütün sahələrində böyük nailiyyətlər əldə etdiyi bildirilib.

Məqalədə, neft fondundan, qeyri-neft sektorunun inkişafından, sosial sektora, mədəniyyətə, təhsilə və idmana dövlət qayğısından bəhs edilib.

Yazıda İlham Əliyevin Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində apardığı işlərdən danışılıb, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv seçilməsi faktı ölkə Prezidentinin xarici siyasətinin zirvəsi kimi qiymətləndirilib.

Məqalədə Pakistan-Azərbaycan əlaqələrinə xüsusi yer ayrılıb, Pakistanın Dağlığ-Qarabağ məsələsində ölkəmizi birmənalı dəstəklədiyi və Pakistan Senatının Xocalı soyqırımını tanıyan qətnaməni qəbul etdiyi vurğulanıb.

Buraxılışın "Heydər Əliyev Fondu" adlı məqaləsində fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın həyata keçirdiyi layihələrdən, "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq işlərinə rəhbərlik etməsindən geniş bəhs olunub.

Məqalədə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi irimiqyaslı layihələrə xüsusi yer ayrılıb.

Qeyd edilib ki, zəlzələdən zərər çəkmiş Pakistanın Müzəffərabad şəhərində Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə qızlar məktəbi inşa edilib, cari ilin 30 aprel tarixindən başlayaraq Fondun Pakistanda silsilə humanitar yardımlar proqramına start verilib.

Məqalədə bu proqram çərçivəsində kimsəsizlərə tibbi baxış, hepatit B virusuna qarşı peyvəndlər, serebral iflicdən əziyyət çəkən xəstələrə pulsuz müayinələr təşkil edildiyi, imkansızlar üçün ürək əməliyyatları aparıldığı, Pakistan ordusunun şəhid olmuş bir neçə əsgərinin ailə üzvlərinin himayəyə götürüldüyü, istedadlı tələbələrə təqaüdlərin verildiyi, Müzəffərabadda inşa olunmuş məktəbdə yenidənqurma və təmir işlərinin aparıldığı qeyd olunub.

Buraxılışın Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "28 May-Respublika Günü" adlı məqaləsində Azərbaycanı müstəqilliyə aparan çətin yollardan, həmçinin 1918-cil ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışılır.

Daşqın Şikarov 1918-ci ildə Şərqdə ilk demokratik parlamentin təsis olunduğu və 1920-ci ilin 11 yanvar tarixində ADR-in de-fakto olaraq Paris Sülh Konfransı tərəfindən tanındığını vurğulayıb.

Məqalədə Demokratik Respublika hökumətinin ordu quruculuğu üzrə fəaliyyəti, ermənilərin cinayətlərini istintaq edən xüsusi komissiyasının təsis edildiyi, vətəndaşlıq, dövlət atributları, kişi və qadınlar arasında bərabərlik haqqında qanunların qəbul edildiyi, Bakı Universitetinin yaradıldığı vurğulanıb. Yazıda Demokratik Respublikanın iqtisadi islahatları barədə məlumatlar verilib.

"Azərbaycan-Odlar Yurdu" adlı məqalədə Azərbaycanın tarixi, rəngarəng təbiəti, adət-ənənələri, zəngin mədəniyyəti, xalçaçılıq ənənələri, ədəbiyyatı, elmi, təhsili, sənayesi və kənd təsərrüfatı haqqında geniş məlumatlar verilib.

Xüsusi buraxılışda Azərbaycanın atributlarının, Prezidentin, birinci xanımın, 26 fevral ümumxalq yürüşünün, Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşünün fotoşəkilləri öz əksini tapıb.

Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

http://epaper.pakobserver.net/201205/23/business-1.php

http://epaper.pakobserver.net/201205/23/business-2.php

Xəbər lenti

Xəbər lenti