...

İlham Əliyev İordaniya Kralı və Argentina Prezidentini təbrik edib

Siyasət Materials 24 May 2012 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynə və Argentina Prezidenti xanım Kristina Fernandes de Kirşnerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İordaniya Kralı və Argentina Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynə və Argentina Prezidenti xanım Kristina Fernandes de Kirşnerə təbrik məktubu ünvanlayıb.

"İordaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına əmin-amanlıq və rifah arzulayıram", - İordaniya Kralına ünvanlanan təbrikdə deyilir.

"Ölkənizin milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Argentina arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına sülh və tərəqqi diləyirəm", - Kristina Fernandes de Kirşnerə göndərilən təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti