...

ABŞ Dövlət Departamenti insan haqları üzrə illik hesabat dərc etdirib

Siyasət Materials 25 May 2012 12:19 (UTC +04:00)
Etnik erməni separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun böyük bir hissəsinə və ona bitişik yeddi rayonuna nəzarəti davam etdirir.
ABŞ Dövlət Departamenti insan haqları üzrə illik hesabat dərc etdirib

Azərbaycan, Bakı, 25 may / Trend, müxbir E.Tariverdiyeva/

Etnik erməni separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun böyük bir hissəsinə və ona bitişik yeddi rayonuna nəzarəti davam etdirir. Bu barədə ABŞ Dövlət Departamentinin 2011-ci il üçün insan haqları üzrə illik hesabatında (Country Reports on Human Rights Practices for 2011) deyilir.

"İl ərzində Dağlıq Qarabağ münaqişəsi tərəflərini iki hissəyə ayıran təmas xətti kənarında insidentlər davam edib, onlar hər iki tərəfdə çoxsaylı qurbanlara səbəb olub. Təmas xətti kənarında mülki əhali arasında qurbanlar haqqında rəqəmlər açıqlanmayıb", - məruzədə deyilir.

2011-ci ildə Azərbaycanda insan haqları məsələsinə gəldikdə, hesabat müəllifləri siyasi motivli itmələr, iİnternetə çıxışın məhdudlaşdırılması, antidemitizm təzahürləri kimi faktların olmamasını müsbət qiymətləndirməklə yanaşı, söz, toplantı azadlıqları, assosiasiyalar və məhkəmə sistemi ilə bağlı narahatlıqlarının ifadə ediblər.

Məruzədə habelə korrupsiya ilə mübarizə proqramı barədə danışılır. Azərbaycanın Daxili İşlər Nzairliyi həmin proqram çərçivəsində onlarla korrupsiya hallarının araşdırıldığı və il ərzində 53 əməkdaş barəsində korrupsiyaya görə inzibati tədbirlərin həyata keçirildiyi, 29 əməkdaşın işdən qovulduğu, 22 əməkdaşın vəzifəsinin aşağı salındığı və s. barədə məlumat verib.

Hesabatda ölkə Parlamentində deputat qadınların sayının artması, eləcə də milli azlıqların nümayəndələrinin - talışların, avarların, rusların və yəhudilərin Milli Məclisdə və ölkə hökumətində təmsil olunması faktları da əks olunub.

Xəbər lenti

Xəbər lenti