...

"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatların son zamanlar yaydığı hesabatlar obyektivlikdən kənardır - Hüquq Mərkəzi

Siyasət Materials 26 May 2012 12:41 (UTC +04:00)
"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatların son zamanlar yaydığı hesabatlar obyektivlikdən kənardır.
"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatların son zamanlar yaydığı hesabatlar obyektivlikdən kənardır - Hüquq Mərkəzi

Azərbaycan, Bakı, 26 may / Trend müxbir M.Əliyev/

"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatların son zamanlar yaydığı hesabatlar obyektivlikdən kənardır. Bunu Trend-ə şənbə günü Müstəqil Elmi Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov bildirib.

"Müstəqillik əldə etdikdən sonra Azərbaycan xeyli uğurlara imza atıb. Təbii ki, böyük uğurlar olan yerdə kiçik qüsurlar da olur. Böyük uğurları görməyib kiçik qüsurlara diqqət vermək riyakarlıqdır", - o qeyd edib.

Kərimov hesab edir ki, uğurları da, qüsurları da göstərmək lazımdır.

"Əldə olunmuş nailiyyətlərə nəzər saldıqda Azərbaycanın həm insan hüquqları sahəsində, həm əhalinin sosial müdafiəsinin gücləndirilməsində, həm də beynəlxalq siyasi arenada nə qədər uğurlara imza atdığı açıq-aşkar görünür", - Mərkəzin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti