...

Millət vəkili Avropa Parlamentinin qətnaməsini haqsızlıq hesab edir

Siyasət Materials 31 May 2012 12:52 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin üzvü Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı mayın 24-də qəbul etdiyi qətnaməni Azərbaycana qarşı haqsızlıq hesab edir.
Millət vəkili Avropa Parlamentinin qətnaməsini haqsızlıq hesab edir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Məclisinin üzvü Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı mayın 24-də qəbul etdiyi qətnaməni Azərbaycana qarşı haqsızlıq hesab edir.

"Azərbaycan çox böyük sürətlə inkişaf edir. Dünyanın hegomon qüvvələri isə iki amilə əsaslanır. Kimsə 100 milyon, 200 milyon pul vəsaiti ilə hər hansı dövləti ələ almaq istəyir, hansı ki, Azərbaycan buna getmir. İkincisi, Azərbaycan bütün problemlərini özü həll edir, heç kimin yardımına ehtiyac duymur. Ona görə də Azərbaycana hər tərəfdən təzyiqlər var və bu təzyiqlər haqsızdır", - Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü, Sosial Rifah Partiyasının (SRP) sədri Xanhüseyn Kazımlı deyib.

O, qətnamənin qəbul olunmasına Avropa Parlamentinin 754 üzvündən 49-nun səs verməsini diqqətə çatdıraraq, bunu ikili standart adlandırıb.

Xəbər lenti

Xəbər lenti