...

İlham Əliyev Rusiyanın MDB işləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 31 May 2012 14:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovu qəbul edib
İlham Əliyev Rusiyanın MDB işləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovu qəbul edib.

Konstantin Kosaçov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı, Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, bu yaxınlarda Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasimdə iştirakını məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Konstantin Kosaçov humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsində Bakı Beynəlxalq Humanitar Forumunun önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyədə olması əlaqələrimizin digər sahələrdə genişləndirilməsi işinə də öz töhfəsini verir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti