Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Cəfərov/
Əfqanıstan Prezidenti Həmid Kərzai bu gün Rusiyanın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovla görüşüb. Bu barədə Trend-ə Əfqanıstan Prezidenti Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Görüşdə regionda təhlükəsizlik məsələləri və Əfqanıstanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
"Əfqanıstan Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyir. Ölkədə müxtəlif sahələrdə layihələr var və Rusiya bu layihələrə qoşula bilər", - Kərzai deyib.
Kabulov da öz növbəsində, Rusiyanın Əfqanıstandakı yenidənqurma işlərində, xüsusilə, energetika və tikinti sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.