...

Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edildi

Siyasət Materials 2 İyun 2012 13:28 (UTC +04:00)
Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edilib.
Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edildi

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edilib. Bu barədə Trend şənbə günü BBC-yə istinadən məlumat verir.

Qahirə məhkəməsi onu 2011-ci ilin yavarında baş vermiş xalq üsyanı zamanı dinc nümayişçilərin qətlində günahkar sayıb.

"Hüsnü Mübarək nümayişçilərə qarşı güc tətbiqi ittihamı üzrə ömürlük həbs cəzasına məhkum edilib", - Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu məhkəmə prosesinə sədrlik edən Əhməd Rifaat deyib.

Xəbər lenti

Xəbər lenti