...

İran XİN: Suriyadakı böhran İsrailin maraqlarına xidmət edir

Siyasət Materials 12 İyun 2012 11:01 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Suriya böhranının İsrailin maraqlarına xidmət etdiyini bildirib.
İran XİN: Suriyadakı böhran İsrailin maraqlarına xidmət edir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Tağıyeva/

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Suriya böhranının İsrailin maraqlarına xidmət etdiyini bildirib. Bu barədə Trend İranın IRINN telekanalına istinadən məlumat verir.

"Bəzi ölkələr qəsdən Suriyada təhlükəsizliyi pozurlar ki, regionda böhran olsun və bu böhran vasitəsilə İsrailin təhlükəsizliyi qorunsun", - Mehmanpərəst deyib.

XİN rəsmisi onu da qeyd edib ki, Suriayaya hərbi müdaxilə regionda təhlükəsizliyin pozulmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, Suriya böhranının hərbi yolla həlli yoxdur.

Xəbər lenti

Xəbər lenti