...

Elmar Məmmədyarov Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru ilə görüşüb

Siyasət Materials 13 İyun 2012 00:15 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov iyunun 11-də Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) baş direktoru Əhməd Üzümçü ilə görüş keçirib.
Elmar Məmmədyarov Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov iyunun 11-də Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) baş direktoru Əhməd Üzümçü ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Üzümçü Məmmədyarovu səmimi salamlayaraq, Niderlanda qısa səfəri çərçivəsində KSQT-ni ziyarət edərək təşkilatın fəaliyyətinə verilən dəstəyə görə təşəkkürünü bildirib. Baş direktor təşkilatın fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verərək Azərbaycanın KSQT-nin etibarlı tərəfdaşı olduğu və təşkilatın fəaliyyətində aktiv iştirakına görə razılığını ifadə edib.

Görüş zamanı Azərbaycan ilə Kimyəvi Silahların Qadağan olunması Təşkilatı arasında gələcəkdə əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunub.

Əhməd Üzümçü ilə görüşün sonunda nazir Məmmədyarov təşkilatın ali qonaqları üçün nəzərdə tutulmuş xatirə kitabına Azərbaycan Respublikası adından ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti