Azərbaycan, Bakı, 19 iyun /Trend/
Çərşənbə günü Prezident İlham Əliyev 2012-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokol"un təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Sənədə əsasən, 2012-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokol" təsdiq edilir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Protokolun müddəalarının həyata keçirilməsinin təmin edilməsi, Xarici İşlər Nazirliyinə həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İtaliya Respublikası tərəfini xəbərdar etməsi tapşırılır.
İlham Əliyev Azərbaycan və İtaliyanın Kənd təsərrüfatı nazirlikləri arasında imzalanmış protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb
Çərşənbə günü Prezident İlham Əliyev 2012-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokol”un təsdiq edilməsi haqqında Fərman imzalayıb.
