...

Azərbaycanın Polşadakı səfirliyi qarşısında ermənilərin aksiya keçirmək cəhdi baş tutmadı (FOTO)

Siyasət Materials 21 İyun 2012 16:54 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi qarşısında bir qrup erməni tərəfindən aksiya keçirmək cəhdi baş tutmayıb.
Azərbaycanın Polşadakı səfirliyi qarşısında ermənilərin aksiya keçirmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Polşadakı səfirliyi qarşısında bir qrup erməni tərəfindən aksiya keçirmək cəhdi baş tutmayıb.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, bir qrup şəxs Azərbaycanın Varşavadakı səfirliyinə müraciət edərək diplomatik missiya qarşısında aksiya keçirmək niyyətində olduqlarını bildiriblər.

20 nəfər fərdi şəxsin səfirlik binası qarışısında "Tarixi ədalətsizlik" şüarı altında nümayiş keçirmək istəyində olduqları qeyd edilmişdi. Bununla bağlı Polşa müvafiq strukturları tərəfindən onlara razılıq verilib.

"Nümayiş keçirəcək şəxslərin kimliyi, hansı təşkilata mənsubluğu və hansı tarixi ədalətsizlikdən danışmaq fikrində olduqları səfirliyə məlum deyildi. Lakin zəmanəmizin ən aktual ədalətsizliyinin - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt olunması və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən lazımınca dəyərləndirilməməsi səbəbindən səfirlik məhz bu mövzularda müvafiq hazırlıq işləri aparıb. 10-12 nəfərdən ibarət bir qrup erməni sayı 2 şüarı, bir ruporu, 2-3 ədəd Ermənistan bayrağını və 1 fotokameranı tutmaq üçün idi. Bu da ona dəlalət edir ki, onların əsas məqsədi şüarları çəkib erməni mətbuatında yaymaqdır. Onlar özləri də düşünmürdülər ki, biz onların şüarlarını yaya bilərik", - səfirliyin məlumatında deyilir.

Nümayiş iştirakçılarının əllərindəki şüarlara qarşı səfirlik yenə genişmiqyaslı sərgi ilə və daha kəskin "Şaumyan terroristdir, qatildir, cəlladdır", "Bütöv Qarabağ Azərbaycanındır" və 20 iyun tarixinin Beynəlxalq Qaçqınlar Günü olduğunu nəzərə alaraq "Ermənistan aqressiyasının nəticəsi - 1 milyon Azərbaycan qaçqını" şüarları ilə çıxıb.

"Manifestasiya" adlandırılan və 30 dəqiqə müddətində planlaşdırılan tədbir 10 dəqiqə gec başlayıb və heç bir ciddi nəticə vermədən başa çatıb.

Xəbər lenti

Xəbər lenti