...

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Siyasət Materials 22 İyun 2012 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.

Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Anriyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti