...

Aleksey Vlasov: Azərbaycan və VİM ölkələri arasında qarşılıqlı fəaliyyətin ciddi perspektivləri var

Siyasət Materials 28 İyun 2012 15:08 (UTC +04:00)
Azərbaycan və Vahid İqtisadi Məkan (VİM) ölkələri arasında qarşılıqlı fəaliyyətin ciddi perspektivləri var. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov deyib.
Aleksey Vlasov: Azərbaycan və VİM ölkələri arasında qarşılıqlı fəaliyyətin ciddi perspektivləri var

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycan və Vahid İqtisadi Məkan (VİM) ölkələri arasında qarşılıqlı fəaliyyətin ciddi perspektivləri var. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov deyib.

Bakıda üçüncü Rusiya-Azərbaycan regionlararası forumu işinə başlayıb. Forum çərçivəsində "Şimal-Cənub" Siyasi Mərkəzinin himayəsi altında Rusiya və Azərbaycanın ekspertlər qrupu tərəfindən hazırlanan "Avrasiya modernləşdirilmiş layihəsinin formalaşdırılması şəraitində Rusiya və Azərbaycan arasında iqtisadi fəaliyyətin perspektivləri" məruzəsinin təqdimatı olub.

Məruzənin müəlliflərindən biri olan Vlasovun sözlərinə görə, Azərbaycanın tərəfdaşları ilə uğurlu təcrübəsi, Bakının Minsk, Kişinyov, Bişkek ilə xətdə lider mövqeyi, Azərbaycan-Ukrayna münasibətlərində ciddi perspektivlər Rusiya proqramlarını əhəmiyyətli dərəcədə enerji ilə tamamlayaraq postsovet inteqrasiyasının ümumi ab-havasının bir hissəsidir.

"Buna baxmayaraq, əgər biz Azərbaycanın keyfiyyətcə yeni sıçrayışından danışırıqsa, onun Avrasiya layihəsində heç olmasa dialoq üzrə tərəfdaş qismində iştirakı olduqca zərurətə çevrilir", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti