...

Azərbaycan və Gürcüstanın "beyin mərkəzləri" arasında anlaşma memorandumu imzalanıb

Siyasət Materials 28 İyun 2012 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondu arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, anlaşma memorandumunu SAM-ın direktoru Fərhad Məmmədov və Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli imzalayıb.

Fərhad Məmmədov Trend-ə bildirib ki, SAM tərəfdaş olaraq bir çox dövlətlərın "beyin mərkəzləri" ilə müqavilələr imzalayır.

"Biz artıq 14 müqavilə imzalamışıq və bu gün imzalanan sənəd 15-cidir. Bu müqavilələr bizə hüquqi əsas verir ki, həmin mərkəzlərlə fəaliyyətimizi davam etdirək və müştərək layihələr həyata keçirək", - Məmmədov deyib.

O qeyd edib ki, bu gün imzalanan memorandum Gürcüstanın analoji qurumu ilə birgə layihələr həyata keçirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti